Tarix : 2022 Aug 18
Kod 62818

Daha bir qazi özünə qəsd etdi

Bakıda qazi dərman içərək özünü zəhərləyib

Arannews :Qax rayon Turaclı kənd sakini olan 1999-cu il təvəllüdlü Səmədzadə Samir Əyyub oğlu ötən gün Bakı şəhəri Xəzər rayonunda yaşadığı ünvanda dərman içərək özünə qəsd edib. Samir Səmədzadə Təcili Tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Qazinin anasının sözlərinə görə, oğlunun özünə qəsd etməsinin səbəbi ailəsinin ehtiyaclarını qarşılaya bilməməsidir.

Qeyd edək ki, S.Səmədzadə Vətən müharibəsi qazisidir.

  • Yazılıb
  • da (də) 2022 Aug 18
  • Göndərən جهان کمالی