Tarix : 2022 Aug 21
Kod 62825

İran və Rusiya nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

İranın Rusiyadakı səfiri və bu ölkə prezidentinin köməkçisi görüşərək dəmir yolu, avtomobil yolu və dəniz nəqliyyatı sahəsində Tehran-Moskva əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər.

Arannews : İranın Rusiyadakı səfiri Kazim Cəlali Rusiya prezidentinin köməkçisi İqor Levitinlə görüşündə iki ölkə prezidentinin Şimal-Cənub dəhlizinin inkişafına, o cümlədən Gərmsar-İncə-Brun dəmir yolunun elektrikləşdirilməsi və Rusiyanın bu beynəlxalq dəhliz çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişində iştirakına ciddi diqqət yetirməsinə işarə edib və bu kontekstdə ikitərəfli razılaşmaların tezliklə həyata keçirilməsini vurğulayıb.

Rusiya prezidentinin köməkçisi də öz növbəsində İranın Beynəlxalq Şimal-Cənub dəhlizi vasitəsilə Hindistan, Pakistan, Əfqanıstan və Şimali Afrika kimi hədəf ölkələrə çatmasının vacibliyini vurğulayıb.

Şimal-Cənub Dəhlizi Süveyş kanalı ilə yüklərin daşınmasının 16 min kilometrlik məsafəsini 7 min kilometrlik marşrutla əvəz edib.

  • Yazılıb
  • da (də) 2022 Aug 21
  • Göndərən جهان کمالی