İranın Rusiyadakı səfiri və bu ölkə prezidentinin köməkçisi görüşərək dəmir yolu, avtomobil yolu və dəniz nəqliyyatı sahəsində Tehran-Moskva əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər.
Arannews : İranın Rusiyadakı səfiri Kazim Cəlali Rusiya prezidentinin köməkçisi İqor Levitinlə görüşündə iki ölkə prezidentinin Şimal-Cənub dəhlizinin inkişafına, o cümlədən Gərmsar-İncə-Brun dəmir yolunun elektrikləşdirilməsi və Rusiyanın bu beynəlxalq dəhliz çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişində iştirakına ciddi diqqət yetirməsinə işarə edib və bu kontekstdə ikitərəfli razılaşmaların tezliklə həyata keçirilməsini vurğulayıb.
Rusiya prezidentinin köməkçisi də öz növbəsində İranın Beynəlxalq Şimal-Cənub dəhlizi vasitəsilə Hindistan, Pakistan, Əfqanıstan və Şimali Afrika kimi hədəf ölkələrə çatmasının vacibliyini vurğulayıb.
Şimal-Cənub Dəhlizi Süveyş kanalı ilə yüklərin daşınmasının 16 min kilometrlik məsafəsini 7 min kilometrlik marşrutla əvəz edib.