Tarix : 2022 Aug 22
Kod 62828

General Baqiri: Müdafiə sənayesi ölkənin milli gücünü artırıb

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, İranın müdafiə qabiliyyətinin artması və inkişafı ölkənin qüdrətinin tərkib hissələrini yüksəldib və onun çəkindirici gücünü artırıb.

Arannews : General-mayor Məhəmməd Hüseyn Baqeri Milli Müdafiə Sənayesi Gününün gəlib çatmasına işarə edərək, deyib: "Bu gün İslami İran, İslam İnqilabı məktəbinin yetirmələrinin inqilabçı və möcüzəvi əzm və iradəsi və daxili yaradıcı istedadların çiçəklənməsi ilə elə bir tərəqqi, inkişaf və iqtidar səviyyəsindədir ki, dünyanı heyrətlə onun özünün yaratdığı əzəmətini seyr etməyə vadar edib". 

Baş Qərargah rəisi əlavə edib: "İran ölkənin çəkindirmə gücünü möhkəmləndirməklə nəinki, düşmənləri ölkə və iranlılar haqqında hər hansı səhv hesablamalar aparmaqdan çəkindirib, həm də dünyanın üstün və etibarlı dövlətlərini İran İslam Respublikasının müdafiə sənayesinin nailiyyətlərindən bəhrələnməyə sövq edib". 

  • Yazılıb
  • da (də) 2022 Aug 22
  • Göndərən جهان کمالی