İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün vəziyyətini kövrəkləşdirən mövzu Zəngəzur dəhlizinin yaradılmasıdır. Hansı ki, 9-cu və sonuncu bənddə izah edilə bilər. Bu bənd əsasında regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılmalıdır.
AranNews – Hal-hazırda Ermənistan və Azərbaycanın atəşkəs rejimini qəbul etməsindən iki il keçir. Bu atəşkəs Dağlıq Qarabağın suverenliyi uğrunda Azərbaycanla Ermənistan arasında 44 günlük müharibəyə son qoydu. Sözügedən müharibə Ermənistanın Sovet İttifaqının süqutundan az sonra bu ölkə ilə birinci müharibədə işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmasına səbəb oldu. Atəşkəs razılaşması həmçinin Rusiyaya sülhməramlılar adı altında bölgəyə 2000-ə yaxın hərbçi göndərmək imkanı verdi.
Lakin ikinci Qarabağ müharibəsindən sonra regionun sülh şəraitini kövrək edən məsələ Zəngəzur dəhlizinin yaradılmasıdır ki, bunu 9-cu və sonuncu bənddə izah etmək olar. Bu bənd əsasında regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılmalıdır. Ermənistan Respublikası insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat əlaqələrinin monitorinqinə isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələri cavabdeh olacaq. Lakin son aylarda hər iki tərəf bu bəndi iki mühüm yolla yenidən müəyyənləşdirməyə çalışıb. Belə ki, Azərbaycan dəhlizi Sünik vilayəti, Ermənistan isə İrəvanın hakimiyyəti altında kommunikasiya xətlərinin yaradılması kimi qiymətləndirir. Yazılması mövzudan xaric olan hakimiyyət məsələsindən əlavə, Zəngəzur dəhlizinin yaradılması region iqtisadiyyatında transformasiyaya səbəb olacaq və beynəlxalq iqtisadiyyatda onun çəkisini artacaq.
Qonşuların reaksiyası
Bu arada Türkiyə Bakının Zəngəzur dəhlizi ilə bağlı İrəvan tərəfindən qəti şəkildə rədd edilən tələblərini dəstəklədiyini bir daha bəyan edir. Moskva da öz geosiyasi və iqtisadi maraqlarını sərhədlərin açılmasında görür və strateji baxımdan Ərdoğan və Putin ölkələri arasında gərginlik sahələrini azaltmaq istəyirlər. Lakin bu dəhlizin Rusiya və Ermənistan tərəfindən birgə idarə olunması İrəvan üçün ağlabatan saziş ola bilər. Belə ki, Lavrov Türkiyəyə səfərindən sonra İrəvana səfəri zamanı təklif olunan marşrut üzrə Ermənistanın hakimiyyətini açıq şəkildə dəstəkləyib. Bu təklif dəhliz əvəzinə sadə transmilli nəqliyyat əlaqəsi təklifinə çevrilə bilər. Bu hadisələri yaxından izləyən digər aktor Ermənistanın ərazi bütövlüyünün dəyişdirilməsinə qarşı çıxan İrandır. İranın təhlükəsizlik təşkilatının rəhbəri Əli Şamxani iyunun 7-də İrəvana səfəri zamanı iki ölkə sərhədinin təhlükə altına alınmayacağına dair İran üçün zəmanət alıb.
İranı kommunikasiya sahəsində narahat edən əsas məsələlərdən biri Şimal-Cənub dəhlizində ciddi pozuntunun yaranmasıdır ki, bu pozuntu Bakının hakimiyyəti altında Zəngəzur dəhlizinin yaradılması ilə üzə çıxacaq. 7200 kilometrlik şimal-cənub oxu Sankt-Peterburqla İran və Hindistan limanlarını birləşdirir.
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) Rusiyanın qərb sərhədi boyunca beş dənizi (Ağ dəniz, Baltik, Azov, Qara və Xəzər dənizləri) birləşdirən dəniz və çay marşrutları şəbəkəsi vasitəsilə yaradılmışdır.
Türkiyənin maraqları
Əvvəldə Türkiyə və Orta Asiyada belə bir ümid var idi ki, Ermənistanın Sünik vilayəti vasitəsilə Azərbaycanın digər bölgələri ilə əlaqəsi kəsilən Azərbaycan bölgəsi olan Naxçıvandan nəqliyyat vasitələrinin hərəkəti Türkiyənin şərqində zəif inkişaf etmiş iqtisadiyyatı canlandıra və Mərkəzi Asiya boyu turizmi genişləndirə bilər.
Bu dəhliz Türkiyə üçün o qədər önəmlidir ki, Ərdoğanın açıqlamasına görə, Ermənistan lideri ilə Ankaranın Ermənistana embarqoya son qoyması məsələsini müzakirə etmək üçün hər hansı görüş ilk növbədə Azərbaycanın tələblərinin yerinə yetirilməsinə bağlı olacaq. O bildirib ki, dəhlizlərin açılması ilə Azərbaycan və Ermənistan arasında problem həll olunacaq. Digər tərəfdən, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın yollarının Azərbaycan və Türkiyənin nəqliyyatı üçün açıla biləcəyini, lakin bunun Ermənistanın nəzarəti altında və suverenliyini itirmədən həyata keçə biləcəyini açıqlayıb.
Türkiyə rəsmilərinin fikrincə, Zəngəzur dəhlizi Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında mal dövriyyəsinin yarıdan çoxunu özünə cəlb edə bilər. Hazırda Türkiyə ilə Orta Asiya ölkələri arasında orta illik dövriyyə 110-120 min yük maşını təşkil edir. Bu dəhlizdən istifadə etməklə Türkiyə Gürcüstan və İranın quru yollarından istifadə etmədən Azərbaycan və Mərkəzi Asiyaya birbaşa çıxış əldə edəcək. Azərbaycanı Gürcüstandan keçməklə Türkiyəyə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu ilə müqayisədə yeni dəhlizin daxilində yol təxminən 340 kilometr qısalacaq. Bu dəhliz daşıma məsafəsini qısaltdığından və daşıma xərclərini azaltdığından Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət artacaq. Türkiyə ümid edir ki, yük maşınları Zəngəzurdan Ermənistana, erməni avtomobilləri də İrəvandan İstanbula gedə bilər. Türkiyə Orta Asiya ilə Çin sərhədinə qədər maneəsiz ticarətdən faydalanmağa ümid edirlərsə, ermənilər də Türkiyədən keçməklə Fransa və ya İngiltərəyə eyni maneəsiz ticarətdən faydalana bilər.
Zəngəzur potensialı
Kollektiv razılaşma əldə olunarsa, Cənubi Qafqaz regionu Avrasiyanın ən mühüm nəqliyyat dəhlizlərindən birinə çevrilmək imkanına malikdir. Çünki Ukraynadakı müharibə səbəbindən Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropanın daxil olduğu Orta Dəhlizin çiçəklənməsi və dünyanın üç ən böyük iqtisadiyyatından ikisi olan Çin və Avropa arasında münasibətlərin getdikcə yaxınlaşması onların aralarındakı ölkələri öz nəqliyyat-logistika imkanlarını tələbatdan əvvəl işə salmağa sövq etmişdir. Əslində, regionun geosiyasi və geoiqtisadi konfiqurasiyası kəskin şəkildə dəyişmiş və Orta Dəhlizdə Asiya ilə Avropa arasında marşrutların genişləndirilməsi üçün yeni imkanlar yaratmışdır.