Tarix : 2022 Aug 24
Kod 62838

Məhərrəm Regional Şeir Konqresinin yekun mərasimi keçirilib – Foto xəbər

Məhərrəm Regional Şeir Konqresinin yekun mərasimi Təbrizin Qüds kino şəhərciyində keçirilib.
AranNews - Təbrizdə “Məhərrəm Regional Şeir Konqresi”nin yekun mərasimi keçirilib. Qüds kino şəhərciyində baş tutan mərasimdə Şərqi Azərbaycan Əyaləti İslam Təbliğatı İdarəsinin baş direktoru höccətül-islam vəl-müslimin Seyyid Mahmud Hüseyni çıxış edib və şimal-qərb bölgələrinin şairləri öz şeirlərini oxuyublar.
İslam Təbliğatı İdarəsinin baş direktoru Seyyid Mahmud Hüseyni çıxışında Kərbəla hadisələrində həzrət Zeynəb Kübranın (ə) rolunu vurğulayaraq deyib: “Əgər həzrət Zeynəb Kübra (ə) Kərbəlada olmasaydı, Kərbəla hadisəsi bu günə qədər canlı və işıqsaçan qalmazdı.”
Məhərrəm Regional Şeir Konqresi bu ilin avqust ayında Bəsic Sənətkarlar Təşkilatı və Şərqi Azərbaycan Əyalətinin İslami Təbliğat Baş İdarəsinin təşəbbüsü ilə baş tutub. Konqresdə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərindən 280 şairin iştirak edib. Konqresin katibliyinə həzrət Zeynəb Kübranın (ə) şəxsiyyətindən bəhs edən 800-dən çox əsər göndərilib.























 
  • Yazılıb
  • da (də) 2022 Aug 24
  • Göndərən جهان کمالی