Avropa Şurası rəhbərinin iştirakı ilə avqustun 31-də Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşü baş tutacaq.
Arannews :Bu barədə cümə axşamı "TASS"ın müxbirinə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, avqustun 31-də Brüsseldə baş nazir Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.
Sonuncu dəfə mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.