Tarix : 2022 Aug 28
Kod 62848

İran səfiri Laçının Azərbaycana qaytarılmasını təbrik edib

İran səfiri Azərbaycan Respublikasını təbrik edib.

 Arannews : İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Şuşada jurnalistlərə açıqlamasında təbriklərini çatdırıb.

“Azərbaycan hökuməti və xalqını Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi münasibətilə təbrik edirik”, - deyə diplomat bildirib.

Qeyd edək ki, bütün itirilmiş torpaqların Azərbaycan Respublikasına qaytarılması münaqişə zamanı İran İslam Respublikasının əsas tələbləri sırasında olmuş və Aliməqamlı Rəhbər özünün məşhur 3 noyabr 2020-ci il bəyanatında bu istəyi təkrarlamışdı. Ona görə də Laçının Azərbaycana qaytarılması rəsmi Tehran tərəfindən məmnunluqla qarşılanır.

Laçın dəhlizinə alternativ yaradıldıqdan sonra Laçın şəhəri avqustun 26-da Azərbaycan Respublikasının nəzarətinə verilib.

  • Yazılıb
  • da (də) 2022 Aug 28
  • Göndərən جهان کمالی