Sergey Baqapş Qarabağ münaqişəsinin referendum yolu ilə çözülməsinə dair irəli sürülən təklifi müsbət qarşılayıb
Azerbaijan Servisi/Aran Agentliyi
Sergey Baqapş Qarabağ münaqişəsinin referendum yolu ilə çözülməsinə dair irəli sürülən təklifi müsbət qarşılayıb.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza şənbə günü Moskvada Ermənistan ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirləri ilə görüşdükdən sonra, referendum yolu ilə Dağlıq Qarabağ məntəqəsinə müstəqilliyin verilməsi ilə Qarabağ münaqişəsinin nizamlanması üçün optimal həll yolu hesab edib.
"İnterFax"-ın verdiyi məlumata görə, separatçı Abxaziya rəhbəri Baqapş Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın irəli sürdüyü bu təklifdən sonra beynəlxalq ictimaiyyətdən istəyib ki, Abxaziya və Cənubi Osetiyadakı referendumun nəticələrini rəsmi surətdə tanısınlar.
Baqapşın sözlərinə görə, məntiqə uyğun olaraq, hazırda Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini rəsmən tanımaq növbəti addım olmalıdır.
Gürcüstan hakimiyyətində olan Abxaziya Muxtar Respublikası SSRİ dağıldıqdan sonra bir mənalı şəkildə müstəqillik elan etdi.