Prezident Vladimir Putin Ukrayna ərazisində Rusiya əleyhinə anklavın yaradıldığını iddia edib.
Arannews : bu barədə o, Kalininqradda baş turan “Vacib olanlardan danış” adlı açıq dərs zamanı söz açıb.
Putinin sözlərinə görə, Rusiyanın "xüsusi əməliyyatı"nın (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red) məqsədi bu anklavı aradan qaldırmaqdır.
"Buna görə də orada döyüşən bizim uşaqlar həm Donbass sakinlərini, həm də Rusiyanın özünü qoruyurlar", - Putin deyib.
Prezident, həmçinin iddia edib ki, Donbasda yaşayan insanlar özlərini “Rusiya dünyasının ümumi humanitar, mədəni, linqvistik məkanının” bir hissəsi hesab edirlər.