İranın müdafiə nazirinin müavini kontr-admiral Əmir Rəstiqari və onu müşayiət edən nümayəndə heyəti "ADEX" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədi ilə bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına daxil olub.
Arannews : kontr-admiral Əmir Rəstiqari İRİB-in müxbiri ilə müsahibədə deyib: "Bu sərgidə İran quru, hava və dəniz döyüşü sahəsində müdafiə sənayesinin imkanlarının bir hissəsini, həmçinin, elektromaqnit, telekommunikasiya, radio və süni intellekt sahələrində bir sıra yeni sistemlərini nümayiş etdirəcək".
Azərbaycan Respublikasının 4-cü Beynəlxalq Müdafiə Sərgisində 26 ölkədən 200-dən çox şirkət bir araya gələrək, müdafiə sektorundakı ən son nailiyyətlərini təqdim edəcək.
Sərgidə iştirak edən ölkələrin müdafiə sənayesi nümayəndələri ilə ikitərəfli və müxtəlif görüşlərin keçirilməsi İranın müdafiə nazirinin müavininin üç günlük səfər proqramına daxildir