İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı vurğulayıb ki, bu gün İslami İranın siyasi qərarları ABŞ seçkilərində həlledici rol oynayır və Ağ Evin gələcəyi İmam Xomeyni (r.ə) adına hüseyniyyədən təsirlənir"
Arannews : General-mayor Hüseyn Səlami bu gün Məşhəddə keçirilən bir konfransda çıxış edib.
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı çıxışında deyib: "Bu gün ABŞ artıq bölgədəki planlarını həyata keçirə bilmir və planları mütləq məğlubiyyətə uğrayır".
General-mayor Səlami əlavə edib: "Biz bir çox texnologiyalar sahəsində birinci yerdəyik və hətta bəzi supergüclər bizim silahlarımızı alır və birgə əməkdaşlıq təklif edirlər. Hava hücumundan müdafiə sistemləri sahəsində biz dünyanın üstün dövlətlərini geridə qoyduq".
Selami xarici güclərin bu torpaqlarda təkəbbür göstərdiyi fəsillərin geridə qaldığını bildirərək, deyib: "Bütün bunlar xaricilərdən heç bir gözləntimizin olmamasından irəli gəlir".
"Biz müasir texnologiyalar istehsal və istifadə edirik və güclü olduğumuz üçün heç bir müharibədən narahat olmaq lazım deyil", - deyə SEPAH-ın baş komandanı qeyd edib.
O, vurğulayıb: "Sanksiyaları davam etdirsələr üzülməyəcəyik, çünki xaricilərdən heç bir dəstək gözləmirik".
Düşmənin rəhm etmədiyini deyən general-mayor Selami, əlavə edib: "Düşmən indiyə qədər bizə qarşı bacardığını edib. Gücümüz olmasaydı, bizə hücum edərdilər, amma güclü olduğumuz üçün bizimlə üz-üzə gəlməkdən qaçırlar və gücümüz gündən-günə artır".
SEPAH-ın baş komandanı baş komandanı daha sonra deyib: "Bu gün silahlarımızın stasionar və ya mobil hədəflərə diqqət səviyyəsi yüz faizdir. PUA-larımız süni intellektdən istifadə etməklə istənilən nöqtəni hədəfə ala bilir".