Tarix : 2022 Sep 10
Kod 62882

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə dair Bakı Bəyannaməsi imzalanıb

Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair İran ,Azərbaycan və Rusiya rəsmiləri arasında keçirilmiş birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

Arannews :sənədə İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak, imza atıb.

Bəyannaməyə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirirlər və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

Qeyd olunur ki, tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayıblar. Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildirirlər.

Həmçinin tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrini yeni nəqliyyat kommunikasiyalarının yaradılması yolu ilə blokdan çıxarmağa çalışır. Bəyannamədə İranın Çabahar limanının dəhlizə inteqrasiyası alışqanıb

  • Yazılıb
  • da (də) 2022 Sep 10
  • Göndərən جهان کمالی