Tarix : 2022 Sep 10
Kod 62884

Ərdoğan Putindən Rusiya qazına endirim etməsini istəyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putindən Rusiya qazına endirim etməyi xahiş edib.

Arannews : “İzvestiya”ya istinadla verdiyi xəbərə görə, Ərdoğan jurnalistlərə həmçinin bildirib ki, Türkiyə Rusiya qazının tədarükü ilə bağlı problem yaşamır, çünki ölkə Moskvaya qarşı sanksiyalar tətbiq etməyib. 

"Allaha şükürlər olsun ki, hələ belə bir problem yaşamamışıq. Rusiya bizə qarşı heç bir sanksiya tətbiq etmir. Üstəlik, qiymətlə bağlı Putinlə görüşüm və söhbətim baş tutub. Əgər bu məsələdə bizə münasibətini müsbət şəkildə həyata keçirsə, o zaman hər şey çox yaxşı olar", deyə Ərdoğan əlavə edib. 

Avqustun 11-də Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz enerji sektorunda Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyini açıqlayıb. Onun sözlərinə görə, Ankara ötən il təxminən 60 milyard kubmetr təbii qaz alıb və bu il də analoji rəqəm həcmində qaz alışı gözlənilir. 

Dönməz onu da bildirib ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Akkuyu Atom Elektrik Stansiyasının tikintisini müzakirə edəcəklər.

  • Yazılıb
  • da (də) 2022 Sep 10
  • Göndərən جهان کمالی