Avropa İttifaqı avqustda Brüsseldə keçirilən görüşdən sonra saxlanılan 5 erməninin Azərbaycan tərəfindən birbaşa (vasitəçisiz) təhvil verilməsini alqışlayır.
Arannews : məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin mətbuat katibi Piter Stano bildirib.
"Bu, tərəflər arasında lazımi etimadın yaradılması istiqamətində mühüm addımdır. Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün fəal işləməyə davam edir", deyə Stano vurğulayıb.