İranın mülki aviasiya təşkilatının sədri deyib ki, su, ərzaq və dərman da daxil olmaqla zəvvarların qida ehtiyaclarını təmin etmək üçün İraqın Nəcəf və Bağdad hava limanlarına üç təyyarə göndərilib.
Arannews : Məhəmməd Məhəmmədibəxş əlavə edib: İraqdakı Hüseyni zəvvarlar üçün yaranmış məhdudiyyətlərə görə, İranın birinci vitse-prezidenti Məhəmməd Müxbirin göstərişi ilə zəvvarların ehtiyaclarının bir hissəsinin aviasiya vasitəsilə İraqa köçürülməsi qərara alınıb. Bu istiqamətdə İranın İraqdakı səfirliyi və İranın Qırmızı Aypara Cəmiyyəti fəal rol oynayırlar.
Məhəmmədibəxşin sözlərinə görə, «Pouya» aviasiya şirkəti dünən ilk uçuşla mədən suyu, dərman və qida maddələrini Nəcəfi-Əşrəfə köçürüb və bu yardım ardıcıl surətdə davam edəcək.
İranın mülki aviasiya təşkilatının sədri söyləyib: Bu gün də «Boeing-747» tipli iki ədəd təyyarə ilə müqəddəs Məşhəd şəhərindən mədən suyu və qida maddələri Nəcəf və Bağdad hava limanlarına göndəriləcək.
Səfər ayının iyirmisi, sentyabrın on yeddisi, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn (ə)-ın və o həzrətin vəfalı köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının Ərbəini günüdür. Zəvvarlar bu gündə Hüseyn(ə) Ərbəini mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən Kərbəla şəhərinə daxil olurlar.
Xeyli sayda müsəlman və digər dinlərin davamçısı ötən illərdə Ərbəinə bir neçə gün qalmış, yürüş formasında İraqın Nəcəf və digər şəhərlərindən Həzrət İmam Hüseyn (ə)-ın müqəddəs Kərbəla şəhərində yelrəşən pak ziyarətgahına çatdırırdı.
Hüseyn(ə) Ərbəini zəvvarlarının müqəddəs Kərbəla şəhərinə yola düşmələri son bir neçə gün ərzində başlanıb və Ərbəinə bir neçə gün qalmış öz kulminasiya nöqtəsinə çatacaq.