Tarix : 2022 Sep 13
Kod 62895

Elçin Sadıqovun həbsi siyasi xarakter daşıyır

Elçin Sadıqovun gecə saat 4 də həbs olunması çox ciddi şəkildə onu göstərir ki, Azərbaycanda peşəkar vəkillərin fəaliyyətinə heç bir imkan yoxdur. Hüquq sahəsində ekspert Ələsgər Məmmədli vəkil Elçin Sadıqovun həbsini belə şərh edib.

Arannews : Ələsgər Məmmədli, Sadıqovun özünün uzun illərdir siyasi məhbusları, insan hüquqları baxımından hüquqları pozulanları müdafiə etdiyinə diqqət çəkib.

Sadıqovun tələsik, gecə vaxtı həbs edilməsi onu göstərir ki, onun fəaliyyəti kimlərisə narahat edir. Bundan başqa, həbs onun vəkillik hüquqlarının kobud şəkildə pozulması ilə müşaiyət olunub.

Vəkillik fəakiyyəti haqqında qanunun 7-ci maddəsinə əsasən, peşə fəaliyyətinin həyata keçirilməsi ilə bağlı vəkil tərəfindən toplanan sənədlər və dəlillər heç bir halda istinaq orqanları tərəfindən tələb oluna və götürülə bilməz. Amma  Sadıqovun ofisində axtarış zamanı sənədlər torbalarla və qutularla aparıldı.

Məmmədli Sadıqovun həbsini onun peşə fəaliyyəti ilə əlaqədar siyasi həbs hesab edir.

Ekspert hesab edir ki, bənzər yanaşma jurnalist Əvəz Zeynallı üçün də keçərlidir. 200 mindən çox auditoriyası olan və hakimiyyəti tənqid edən internet kanalın jurnalistinin həbsi də siyasi xarakter daşıyır.

“Hər iki həbs ölkədə korrupsiyanın ifşasının qarşısını almaq məqsədi daşıyır”,-deyə Hüquq sahəsində ekspert Ələsgər Məmmədli bildirib.  

  • Yazılıb
  • da (də) 2022 Sep 13
  • Göndərən جهان کمالی