İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliyin artması ilə bağlı narahatlığını bildirib.
Arannews :İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında gərginliyin artması və sərhəd münaqişələrindən narahatlığını ifadə edərək, tərəfləri təmkinli olmağa və iki ölkə arasında mübahisələrin sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında həllinə çağırıb.
Nasir Kənani həmçinin İran İslam Respublikası adından Azərbaycan Respublikası və Ermənistan Respublikasının sərhədlərində hər hansı dəyişiklik edilməsinin yolverilməzliyini vurğulayıb.
İran İslam Respublikasının bu məsələ ilə bağlı prosesləri yaxından izlədiyini vurğulayan Kənani Azərbaycan Respublikası və Ermənistan Respublikasının bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmağın vacibliyini xatırladaraq, rəsmi Tehranın iki qonşu ölkə arasında mübahisələrin həllinə hər cür yardım etməyə hazır olduğunu bəyan edib.