Tarix : 2022 Sep 14
Kod 62901

Rəisi: İranın Ermənistanla əlaqəsi təhlükə altına düşməməlidir

İran İslam Respublikasının prezidenti bəyan edib ki, İranın Ermənistanla əlaqəsi təhlükə altına düşməməlidir və Ermənistanın təhlükəsizliyi vacibdir.

Arannews : Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığı aparıb.

Prezident Rəisi bu danışıqda bildirib ki, Cənubi Qafqaz regionunda yeni müharibə qəbuledilməzdir və İran hadisələri diqqətlə izləyir.

Cənab Rəisi bölgədəki bütün münaqişələrin sülh yolu ilə həll edilməli olduğunu və İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyinin aydın olduğunu vurğulayıb.

Prezident İranın Aliməqamlı lideri Həzrət Ayətullahül-üzma Xameneinin Ermənistanla İran arasında əlaqənin təhlükə altına düşməməli və əlaqə yollarının dövlətlərin suverenliyi altında olması barədə fikirlərini xatırladıb və deyib ki, İran regionda sülhün bərqərar olmasına dəstək verməyə hazırdır və Ermənistanın təhlükəsizliyi İran üçün vacibdir.

  • Yazılıb
  • da (də) 2022 Sep 14
  • Göndərən جهان کمالی