Tarix : 2022 Sep 16
Kod 62905

Rəisi: Regionun geosiyasətində istənilən dəyişiklik qəbuledilməzdir

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Özbəkistanın Səmərqənd şəhərində Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatının Səmərqənd toplantısı çərçivəsində görüşərək, qarşılıqlı əlaqələri müzakirə ediblər.

Grannews :Görüşdə İran İslam Respublikasının prezidenti İran və Rusiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsini iki xalq və region ölkələri üçün faydalı hesab edib.

Dövlət başçıları əlaqələrdə əhəmiyyətli irəliləyiş olduğunu qeyd edərək, iki ölkə arasında bank işi, quru və dəniz nəqliyyatı, gömrük və enerji sahələrindəki əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Raisi müstəqil ölkələrə münasibətdə amerikalıların səhv hesablamalarına  toxunaraq deyib: "Amerika sanksiya qoyduğu hər hansı bir ölkəni və ya xalqı dayandıracağını düşünür, lakin bu, səhv hesablamadır, çünki praktikada özlərini məhdudlaşdırıblar.
İran İslam Respublikasının prezidenti NATO-nun genişlənmə siyasətlərini xatırladaraq, Cənubi Qafqazda baş verən hadisələrə toxunub və deyib: "Regionun geosiyasətində istənilən dəyişiklik sabitliyi pozan və qəbuledilməz bir hərəkətdir."

Putin də bu görüşdə bildirib ki, gələn həftə Rusiyanın 80 şirkətini təmsil edən böyük nümayəndə heyəti əməkdaşlıq məqsədilə İrana gedəcəklər.

Rusiya prezidenti həmçinin deyib ki, bir çox beynəlxalq məsələlərdə Moskva və Tehranın mövqeləri yaxındır və ya üst-üstə düşür.

"Regionlararası əlaqələr inkişaf edir. Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik və bir çox məsələlərdə mövqelərimiz yaxındır və ya diplomatların dediyi kimi, üst-üstə düşür. Təşkilata qoşulma prosesini başa çatdırmaq üçün formal məsələlər qalıb. İranla Rusiya arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir", deyə Kremlin rəhbəri bildirib. 

Putin sonra İranın ŞƏT-ə üzv olmasından məmnunluğunu ifadə edib.

  • Yazılıb
  • da (də) 2022 Sep 16
  • Göndərən جهان کمالی