Ermənistanın paytaxtı İrəvan şəhərində yüzlərlə fəal, o cümlədən Qərb fondlarından maliyyələşən təşkilatların əməkdaşları tərəfindən Azadlıq meydanında ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün aksiya keçirilir.
Arannews : “TASS”a istinadən verdiyi məlumata görə etiraz aksiyalarında “Sasna Tsrer” (Sasun dəlibaşları) adlı yarımhərbi qruplaşmasının radikal siyasi qanadı olan “Milli Vahid Qütb” partiyasının üzvləri də iştirak edir.
Qeyd edək ki, 2016-cı ilin yayında İrəvanda polis alayına məhz bu qruplaşmanın silahlıları hücum etmiş, nəticədə 3 polis həlak olmuşdu.