Tarix : 2022 Sep 19
Kod 62913

Parisdə Azərbaycan səfirliyinə hücum olub

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında ermənilər tərəfindən aksiya təşkil olunub.

Arannews : APA-ya istinadən verdiyi məlumata görə, Aksiya zamanı səfirliyin binasına qarşı vandal aktı törədilib. Aksiyaçılar Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Twitter səhifəsində yazıb ki, fransız erməni fanatiklər səfirliyin binasına basqın edirlər:

“Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron,

səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı istəklərimizə məhəl qoymayan Fransaya ayıb olsun”.

  • Yazılıb
  • da (də) 2022 Sep 19
  • Göndərən جهان کمالی