İranın sənaye, mədən və ticarət nazirliyinin sözçüsü Tehranda Rusiya ticarət heyətinin müzakirələrinin başlandığını bildirib.
Arannews : Ümid Qalibaf deyib ki, altmış beş rus şirkət yüz nəfərlik bir heyət formasında bu gündən etibarən, Tehranda öz müzakirələrinə başlayıb.
Qalibaf əlavə edib: Aparılmış proqramlaşdırmaya əsasən, İranın iqtisadi fəalları Rusiya ticarət heyətinin Tehranda olacağı üç gün ərzində rus şirkətlərin nümayəndələrilə ümumilikdə yeddi yüz əlli ticarət iclası keçirəcəklər.