Tarix : 2022 Sep 20
Kod 62917

Şentop Pelosinin Ermənistana səfərini təhrikedici adlandırıb

Türkiyə parlamentinin sədri Mustafa Şentop Nensi Pelosinin Ermənistan səfərinin xoş niyyətli davranış olmadığını deyib.

Arannews :  Mustafa Şentop əlavə olaraq bildirib: "Bir çox beynəlxalq təşkilatın Ermənistanı işğalçı elan etdiyi bu 28 illik müddətdə heç bir addım atmayan, tükünü tərpətməyən Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın Nümayəndələr Palatası spikerinin Azərbaycanın torpaqlarının işğaldan azad etməsindən sonra Ermənistana səfər etməsi bölgədə barışa, eləcə də dünyada barışa faydalı olmayacaq və mən bunu xoş niyyətli bir davranış kimi görmürəm."

Bir ölkənin Məclis sədrinin başqa bir ölkəni ziyarətinin normal olduğunu diqqətə çatdıran Şentop bu səfərin son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi çərçivəsində “təhrikedici və böhranı dərinləşdirən potensiala sahib olduğunu” vurğulayıb.

  • Yazılıb
  • da (də) 2022 Sep 20
  • Göndərən جهان کمالی