Tarix : 2022 Sep 21
Kod 62922

İran Azərbaycan vasitəsilə Rusiya qazını alacaq

Gündə 6 milyon kubmetr qazın yaxın vaxtlarda Rusiyadan alınaraq İranın cənubundan maye qaz şəklində ixrac edilməsinə dair razılıq əldə olunub.

Arannews : İran Neft Nazirliyindən bildiriblər ki, yaxın vaxtlarda Azərbaycan vasitəsilə Rusiya qazının sutkada 6 və 9 milyon kubmetr həcmində svop müqaviləsi və alışı həyata keçiriləcək.

Neft Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti "13-cü hökumətdə Neft Nazirliyinin bir illik fəaliyyət hesabatı" adlı hesabatda İran Milli Neft Şirkəti ilə Rusiyanın Qazprom şirkəti arasında 40 milyard dollarlıq anlaşma memorandumu məsələsinə aydınlıq gətirib.

Məlumata görə, yaxın vaxtlarda gündə 6 milyon kubmetr qazın Rusiyadan dəyişdirilərək İranın cənubundan maye qaz şəklində ixrac edilməsinə dair razılıq əldə olunub.

Həmçinin İran Azərbaycan vasitəsi ilə 9 milyon kubmetr Rusiya qazı almağa hazırlaşır.

İranın Pakistan və Omana qaz ixrac boru kəmərinin tikintisi və İranın maye qaz layihələrinin başa çatdırılması da Rusiyanın “Qazprom” şirkəti ilə imzalanmış digər müqavilələr sırasındadır 

Xatırladaq ki, İran İslam Respublikası Türkmənistan qazının da Azərbaycana svop üsulu ilə nəqlində iştirak edir və bu barədə razılıq ötən ilin sonlarına Aşqabadda əldə olunub. Razılığa əsasən Türkmənistandan hər il 2 milyard kubmetr mavi yanacaq Azərbaycan Respublikasına daşınır. 

  • Yazılıb
  • da (də) 2022 Sep 21
  • Göndərən جهان کمالی