Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra Fransanın səlahiyyətli orqanlarından müvafiq tədbirlər görməyi tələb edir.
"Arannews :Report" xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi tviter səhifəsində bəyanat yayıb. Bəyanatda bildirilib: “Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik: 1. 2022-ci il sentyabrın 18-də erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın; 2. Ona hüquqi qiymət verilsin; 3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın; 4. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olması təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar”.