Tarix : 2022 Sep 22
Kod 62925

İran prezidenti BMT Baş Assambleyasının sessiyasında çıxış edib

İranın ABŞ-ın regiondakı zorakı və müdaxilə mahiyyətli siyasətlərilə mübarizədəki müqavimətinə işarə edən İran İslam Respublikasının prezidenti deyib: İran Amerikanın keçmiş prezidentinin şəhid general-leytenant pasdar Qasım Süleymaninin terror edilməsindəki cinayətinə ədalətli məhkəmə tərəfindən ədalətli surətdə baxılması məsələsini təqib edəcək.

Arannews :Seyid İbrahim Rəisi çərşənbə günü BMT Baş Assambleyasının yetmiş yeddinci sessiyasında vurğulayıb ki, ilahi vəd kimi ədalətin bərqərarına təmayül hamının varlıında mövcuddur.

Rəisi qeyd edib ki, İran ədalətin beynəlxalq səviyyəli olmasını himayə edir, zira ədalət- birlik yaradan, zülm isə müharibə törədəndir.

Rəisi söyləyib: Ədalət iddiasında olub, terrorçuların himayədarı olan bir ölkə,/ bəşəriyyət, azadlıq və ədalətdən utanmalıdır. İnsan hüquqlarından yuxarı, xalqların hüquqlarıdır ki, böyük güclər tərəfindən asanlıqla pozulur.

İranın elm, texnologiya və iqtisadiyyat sahələrindəki irəliləyişlərini sadalayan və bu gün dünyanın güclü İrana ehtiyaclı olduğunu diqqətə çəkən İran prezidenti bildirib: Köhnə dünya, müstəqil ölkələrdə bir təzyiq vasitəsi kimi beynəlxalq təşkilatlardan istifadə, zorakılğın tətbiq edilməsi, yoxsulluq və ayrı-seçkiliyi genişləndirən «əxlaq və fəzilət üzərində qələbə», hegemonçuluq və təkvektorluluq dünyası idi ki, bu köhnə sistemin məhvi tərəddüdedilməzdir.

İslam Respublikasının prezidenti söyləyib: Siyasi etikanın məhvi, qanunsuz təkvektorluluq hərəkətlərinin xəstəcəsinə inkişafı, bəşəriyyətin yüksəlişi yolunda böyük problemlər yaradıb və yeni beynəlxalq təhdidlərlə mübarizə üçün ilahi peyğəmbərlərdən qaynaqlanan prinsiplər əsasında və multilateralizm çərçivəsində həmrəylikdən başqa, bir seçim mövcud deyildir.

  • Yazılıb
  • da (də) 2022 Sep 22
  • Göndərən جهان کمالی