Tarix : 2022 Sep 25
Kod 62929

Təbrizi gördünüzmü?! Azərbaycan İrandır

Təbrizlilər hicab və Qurana hörmətsizlik edənlərə və iğtişaşlara qarşı qiyama qalxdı – Fotolar

Təbrizin qeyrətli camaatı cümə namazından sonra yürüş keçirərək son günlər aldanmış muzdluların ölkədə xaos və fitnə yaratmaq istəklərinə, İslam Respublikasının bayrağına, Qurani-kərimə hörmətsizlik etmələrinə, ictimai və xüsusi əmlakın dağıdılması və insanların asayişini pozmağa cəhd göstərmələrinə etiraz edib.
AranNews – Mehr ayının birinci günü (23 sentyabr) Təbriz əhalisi yürüş keçirərək “Ləbbəykə ya Hüseyn”, “Ya Heydər”, “Münafiqə ölüm olsun”, “Amerikaya ölüm olsun”, “İsrailə ölüm olsun”, “Vəliyyi-fəqihə qarşı çıxanlara ölüm olsun”, “Azərbaycan canbaz, Xameneidən ayrılmaz” kimi şüarlar səsləndirib, məhkəmə və təhlükəsizlik orqanlarından məscidi və İran İslam Respublikasının müqəddəs bayrağını yandıran, qadınların hicabına hörmətsizlik edən iğtişaşçıları qanuni şəkildə cəzalandırmağı tələb ediblər.

Yürüş iştirakçıları 6 bənddən ibarət qətnaməni oxuyaraq nə qədər ki, bədəndə canları var, Quranı, Əhli-beyti (ə) və vilayəti müdafiə edəcəklərini, şəhidlərin və şəhidlərin
İmamının nurlu yolunu davam etdirəcəklərini bəyan ediblər

 
 

Fotolar

































































 
  • Yazılıb
  • da (də) 2022 Sep 25
  • Göndərən جهان کمالی