Tarix : 2022 Sep 26
Kod 62934

Düşmən öz hegemonçu hədəflərinə çatmaq ardıncadır

İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi əvəzi vurğulayıb ki, bu gün düşmən üslub dəyişikliyi və idrak savaşı ilə öz hegemon və nəhs məqsədlərinin reallaşmasına nail olmaq istəyir.

Arannews :  iyirmi iki sentyabr, İraqın bəəs rejimi tərəfindən İran İslam Respublikasına qarşı icbari müharibənin başlanmasının ildönümü günüdür. İyirmi iki sentyabrdan iyirmi səkkiz sentyabradək olan müddət İranda müqəddəs müharibə həftəsi adlandırılıbdır.

İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi əvəzi, aviasiya briqada generalı Əziz Nəsirzadə Bəndər-Abbas şəhərində yerləşən şəhid Əbdülkərimi adına hava bazası pilotlarının iştirak etdikləri müqəddəs müdafiə həftəsi mərasimində deyib: Düşmənin səkkiz il müqəddəs müdafiə dövründə İrana qarşı hücumlardakı planı, İranın sərvəti və neft ehtiyatlarını qarət etmək olub və o, Səddamın bəəs rejimini təhriketmə və sərt hərbi müharibə ilə bu hədəfin reallaşmasını izləyib. Bu gün də düşmən üslub dəyişikliyi və idrak savaşı ilə özünün bu kimi nəhs məqsədlərinin reallaşmasına nail olmaq istəyir.

Aviasiya briqada generalı Nəsirzadə əlavə edib: İranın şücaətli xalqının/ izzət və şərəf sərhədlərinin qorunması, həmçinin müqəddəs islami quruluşun mühafizəsi və yüksəlişi sahəsindəki fədakarlığı səkkiz il müqəddəs müdafiə dövrünün həmişəlik parlaq qaşı kimi dünya azadələrinin şücaət və müqavimət tarixinin üzərində parlayır.

İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi əvəzi həmçinin cəmiyyətin müdafiə sahəsindəki yüksəlişi sahəsində icbari müharibənin həqiqətləri və reallıqlarının bəyan edilməsinin vacibliyinə təkidlə söyləyib: Bu gün ölkənin stabil təhlükəsizliyi, həmçinin müqəddəs islami quruluşun düşmənlərinin plan və hərəkətlərindən xəbərdar olmaq və qüdrətlə yanaşı əldə olunan bütün təhdidlərdən çəkindiricilik, müqəddəs müdafiənin dəyərli nailiyyətlərindəndir.

  • Yazılıb
  • da (də) 2022 Sep 26
  • Göndərən جهان کمالی