İkinci Qarabağ müharibəsinin ikinci ildönümü münasibətilə Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan mübahisələrin güc tətbiqi və hədə-qorxu ilə həllini qəti şəkildə rədd edir.
Arannews :Ermənistanın İctimai Radiosunun saytının məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi bu gün Dağlıq Qarabağ müharibəsinin ikinci ildönümü ilə bağlı bəyanatında bildirib ki, iki il əvvəl sentyabrın 27-də Azərbaycan Respublikası , Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini açıq şəkildə pozaraq, Dağlıq Qarabağa və onun xalqına qarşı kütləvi müharibə apardı.
Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, İrəvan mübahisələrin güc tətbiqi yolu ilə həllini qəti şəkildə rədd edir və dinc danışıqlar yolu ilə regionda davamlı və hərtərəfli sülh və sabitliyin bərqərar edilməsinə sadiqliyini vurğulayır.