Müxtəlif xalqlar və təbəqələrdən olan müsəlmanlar və İslam İnqilabının tərəfdarları,/ iğtişaşçıların müsəlmanlara və islami simvollara qarşı hücumlarını pisləyiblər.
Arannews : Müxtəlif xalqlardan olan müsəlmanlar,/ iğtişaşçıların son günlər ərzində hicablı qadınlara qarşı hörmətsizlikləri, müsəlmanları döymələri, həmçinin islami müqəddəslərə qarşı hörmətsizlik etmələrinə etiraz əlaməti olaraq, yerli vaxtla şənbə günü axşam İngiltərənin paytaxtı London şəhərində İngiltərə islami mərkəzinin qarşısında aksiya keçiriblər.
Monarxiyaçılar, separatçı qruplar və əks-inqilabçı ünsürlər son zamanlar Londonda, İmam Hüseyn(ə) Ərbəini əzadarlarına hücum edib, hicablı qadınlara, həmçinin islami müqəddəslərə hörmətsizlik ediblər.
İğtişaşçıların İngiltərə paytaxtındakı son hərəkətlərini pisləyən müsəlman aksiyaçılar ərəb və ingilis dillərində əzadarlıq edib, sinə vurublar.
Əllərində Aşura və İmam Hüseyn(ə) bayraqlarını tutan müsəlman aksiyaçılar «Ləbbeyk, ya Hüseyn!» şüarı veriblər.