Azərbaycan Respublikası Ermənistanın on yeddi hərbi əsirini zindandan azad edib.
Arannews :Rəsmi Yerevan bildiribdir ki, sentyabrın on ikisindən on dördünədək Azərbaycan Respublikası ilə Ermənistan arasında baş vermiş yeni sərhəd döyüşlərində 135 əsgərini itirib. Bakı isə öz itkilərinin sayını 79 nəfər elan edibdir.
Bu gün on yeddi erməni hərbçinin Azərbaycan Respublikası tərəfindən azad edildiyini bildirən Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq vasitəçiliklə bölgədə sülhün bərqərarı və humanitar məsələlərin həllində daha çox irəliləyişə ümidvarlıq ifadə edib.
Paşinyan bir neçə gün bundan əvvəl, deyilənlərə görə, Azərbaycan Respublikasının qüvvələri tərəfindən ermənistanlı silahsız hərbçilərin edam edildiklərini göstərən videoya işarə edib və bu münasibətlə yazdığı tivvitndə bildiribdir ki, Ermənistan qanuni təhqiqat və təqibə əmin olmaq üçün mövcud olan bütün beynəlxalq mexanizmlərdən istifadə edəcəkdir.
Paşinyan əlavə edib: Sosial şəbəkələrdə başqa bir dəhşətli video yayılıb. Bu video göstərir ki, Azərbaycan Respublikası hərbçiləri Ermənistan ərazisində bir qrup erməni hərbi əsirini edam edirlər.
Ermənistanla Azərbaycan Respublikası arasında müharibə 2020-ci il sentyabrın 27-dən münaqişəli Qarabağ bölgəsində başlandı və qırx dörd gündən sonra Rusiyanın vasitəçiliyi və noyabrın onunda bir razılaşmanın imzalanması ilə başa çatdı ki, ona əsasən, Qarabağın bəzi hissələri Bakıya verildi. Bununla belə, sərhəd hüdudlarının təyini sahəsində hələ də Yerevanla Bakı arasında ixtilaflar vardır ki, bu da sərhədlərdə iki ölkə arasında hərbi döyüşlərə səbəb olur.