Tarix : 2022 Oct 09
Kod 62965

Türkiyə Qərb və Rusiya arasında dialoq qurmaq İSTƏYİR

"Türkiyə Rusiya ilə dörd böyük Qərb ölkəsini - ABŞ, Fransa, Almaniya və İngiltərəni bir masa arxasına oturtmağı planlaşdırır. Plan Qərb paytaxtlarının hamısına olmasa da, özəl kanallar vasitəsilə ABŞ-a ötürülüb"

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.

Bildirilir ki, təklif artıq diplomatik kanallar vasitəsilə Vaşinqtona təqdim edilib.

"Türkiyə Rusiya ilə dörd böyük Qərb ölkəsini - ABŞ, Fransa, Almaniya və İngiltərəni bir masa arxasına oturtmağı planlaşdırır. Plan Qərb paytaxtlarının hamısına olmasa da, özəl kanallar vasitəsilə ABŞ-a ötürülüb", - deyə nəşr qeyd edib.

Qəzetin mənbələrinin sözlərinə görə, Vaşinqtonun nüfuzlu şəxslərinin planla bağlı ilk şərhləri çox müsbətdir. 

"Yeganə problem dialoq üçün rusiyalı həmsöhbət tapmaqdır. Ankara Ukraynanın iradəsinə hörmətlə yanaşır və taktiki nüvə silahından istifadə etmədən sülhə gəlməyin lazım olduğunu izah etmək üçün həmişə açıq kanallardan istifadə edib”, - deyə məqalədə bildirilir.

  • Yazılıb
  • da (də) 2022 Oct 09
  • Göndərən احمد حسین زاده