Tarix : 2022 Oct 10
Kod 62967

ABŞ Türkiyə ilə energetika sahəsində əlaqəlari artırmaq niyyətindədir

ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Ceffri Pyatt 10-14 oktyabr tarixlərində Türkiyə, Rumıniya və Bolqarıstana səfər edəcək.

ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Ceffri Pyatt 10-14 oktyabr tarixlərində Türkiyə, Rumıniya və Bolqarıstana səfər edəcək. SİA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

O, enerji məsələlərini, həmçinin Avropanın Rusiya enerjisindən asılılığının azaldılmasını müzakirə edəcək.

Qeyd edilir ki, Pyatt bu ölkələrə energetika sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək üçün səfərə gedəcək.

  • Yazılıb
  • da (də) 2022 Oct 10
  • Göndərən احمد حسین زاده