Tarix : 2022 Oct 11
Kod 62968

Aərbaycan sionistlərin ayağını Xəzərə də açdı

Azərbaycan Respublikası və sionist İsrail rejimi Xəzərin suyunun duzsuzlaşdırılması üzrə əməkdaşlıq edəcək

Arannews : bu barədə Azərbaycan Respublikası iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

"Memorandumla əsasən Azərbaycan və İsrail Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlıq edəcək", - nazir qeyd edib.

Nazir Azərbaycan Respublikasının xəzər suyunu şirinlətməyə olan ehtiyacının haradan qaynaqlandığını eləcə də şirinlədiləcək suyun harada və nə üçün istifadə olunacağı barədə  məlumat verməyib.

Qeyd edək ki, axar və yeraltı sular baxımından Azərbaycan Respublikası zəngin ölkələr sırasında durur ancaq su bolluğuna rəğmən bu ölkədə əhalinin sağlam içməli su ilə təmin olunmasında hələ də ciddi problemlər mövcuddur. Eyni zamanda bu ölkədə kənd təsərrüfatı da inkişaf etməmişdir və əkinə yararlı olan sulu torpaqların böyük qismində məlum səbəblər üzündən əkin fəaliyyətləri həyata keçirilmir.

  • Yazılıb
  • da (də) 2022 Oct 11
  • Göndərən جهان کمالی