Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev RF üçün təhlükə yaradan Ukraynadakı siyasi rejimin tamamilə ləğv edilməsinin vacibliyini açıqlayıb.
Arannews :Medvedyev bu barədə "Telegram" kanalında yazıb.
"Ukrayna dövləti nasist siyasi rejimi ilə hazırkı konfiqurasiyasında Rusiya üçün daimi, birbaşa və aydın təhlükə yaradacaq. Ona görə də, mənim fikrimcə, xalqımızı və ölkə sərhədlərini qorumaqla yanaşı, gələcək fəaliyyətimizin məqsədi Ukraynanın siyasi rejimini tamamilə sıradan çıxarmaq olmalıdır. Məsələnin belə təqdim olunması mənim şəxsi mövqeyimdir", deyə Medvedyev qeyd edib.
Ukraynada enerji, hərbi komandanlıq və rabitə obyektlərinə uzaqmənzilli dəqiq silahlarla zərbə endirilməsini şərh edən Medvedev qeyd edib ki, “birinci epizod oynanıldı. Başqa epizodlar da olacaq".