Tarix : 2022 Oct 14
Kod 62980

Rəisi: sərhədlər və İran-Ermənistan tranzit yollarında istənilən dəyişiklik rədd edilir

İran İslam Respublikası prezidenti vurğulayıb: İran və Ermənistanın tarixi sərhədləri və tranzit statusunda hər hansı dəyişiklik İran İslam Respublikası tərəfindən rədd edilir.

Arannews :iran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı günü SICA konfransına üzv ölkələrin 6-cı sammiti çərçivəsində görüşüb və müzakirələr aparıblar.

Azərbaycan Respublikası prezidenti cümə axşamı yerli vaxtla günortadan sonra SICA Sammiti çərçivəsində İran İslam Respublikasının prezidentinin iqamətgahına gələrək onunla görüşüb.

Bu görüşdə İran və Azərbaycan prezidentləri keçmişdə əldə olunmuş anlaşmaları nəzərdən keçirərək ,ticarət, iqtisadiyyat, enerji və texniki-mühəndislik xidmətlərinin ixracı sahələrində əməkdaşlığın gücləndirilməsini vurğulayıblar.

Bu görüşdə Seyid İbrahim Rəisi Azərbaycan Respublikası və Ermənistanın milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu bildirərək vurğuladı: İran İslam Respublikasının nöqteyi-nəzərindən tarixi və geosiyasi sərhədlərdə  və İran-Ermənistan tranzit statusunda hər hansı dəyişiklik rədd edilir.

İran İslam Respublikası prezidenti həmçinin vurğulayıb: İran Qafqaz regionunda istənilən pərdə altında hər hansı xarici hərbi iştirakın əleyhinədir.

Rəisi İran İslam Respublikasının Qarabağın azad edilməsini alqışlayan ilk ölkə olduğunu xatırladaraq əlavə edib: İran Azərbaycan Respublikası ilə Ermənistan arasındakı mübahisələrin həlli üçün böyük imkanlarından istifadə etməyə hazırdır.

Bu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki tərəf arasında iqtisadi əməkdaşlığın son vəziyəti haqqında ətraflı məlumat verib və əməkdaşlığın davam etdirilməsi və gücləndirilməsi iki ölkə prezidentləri tərəfindən vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti, həmçinin Praqada (Çexiyanın paytaxtı) regionda baş verən hadisələr və Azərbaycan və Ermənistan arasında çoxtərəfli danışıqların son vəziyyəti ilə bağlı hesabat təqdim edib və İran İslam Respublikasının beynəlxalq sərhədlərinə hörmətlə yanaşılmağı  vurğulayıb. 

  • Yazılıb
  • da (də) 2022 Oct 14
  • Göndərən جهان کمالی