Ermənistan hökuməti Azərbaycana delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclasını oktyabrın 31-də Brüsseldə keçirməyi təklif edib.
Arannews : bu barədə şənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan “Twitter” səhifəsində yazıb.
"Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclasını keçirməyi təklif edib", deyə baş nazir qeyd edib.
Aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə keçirilən görüşündə Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə əldə olunan razılığa əsasən, Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyalar yaradıblar.