Tarix : 2022 Oct 17
Kod 62987

Rusiya Kiyevə kamikadze dronlarla zərbələr endirib - YENİLƏNİB

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kamikadze dronlarla hücumundan sonra şəhərin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

“Arannews : UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində Kiyevdə inzibati bina yanıb. İtki olub-olmaması barədə hələ məlumat yoxdu Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb. “ bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün teleqram-kanalında bildirib. “Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, - A.Yermak yazıb. Kiyevin meri Vitali Kliçko şəhərin Şevçenko rayonunda partlayışların baş verdiyini açıqlayıb.

  • Yazılıb
  • da (də) 2022 Oct 17
  • Göndərən جهان کمالی