Tarix : 2008 Aug 04
Kod 6299

TÜRKİYƏNİN ''AVEA'' MOBİL OPERATORU QARABAĞ SEPARATÇILARI İLƏ ƏMƏKDAŞLIQ EDİR

Azərbaycanın Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi və ya müstəqil dövlət kimi təqdim edən telekommunikasiya şirkətləri də aşkar olunub
Turkyə Servisi/Aran Agentliyi
APA İnformasiya Agentliyi Azərbaycan ərazilərini işğal altında saxlayan Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıq edən telekommunikasiya şirkətlərini üzə çıxarmaqda davam edir. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom”-un saytında (http://www.karabakhtelecom.com) şirkətin rouminq tərəfdaşları göstərilməsə də, APA-nın axtarışları nəticəsində separatçılarla əməkdaşlıq edən şirkətləri üzə çıxarmaq mümkün olub.

Bundan başqa, Azərbaycanın Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi və ya müstəqil dövlət kimi təqdim edən telekommunikasiya şirkətləri də aşkar olunub. Narahatlıq doğuran məqam isə ondan ibarətdir ki, “Karabakh Telecom”-la əməkdaşlıq edən şirkətlər sırasında qardaş Türkiyənin ikinci mobil rabitə operatoru olan “Avea” şirkəti də var. Səhmlərinin 40%-i İtaliyanın “Telecom İtalia mobile”, 40% “Türktelecom”, 20%-i Türkiyənin “İş Bankası”na məxsus olan “Avea”nın rəsmi internet saytındakı “Beynəlxalq rabitə tərəfdaşları” bölməsində “Karabakh Telecom” Ermənistanın “ArmenTel” və K Telekom (Vivacell) şirkətləri ilə birgə rouminq sazişi imzalanmış şirkət kimi qeyd olunub.

Bundan başqa İsrailin EİM Telecomda separatçılar ilə əməkdaşlıq etməsindən əlavə Qarabağı Ermənistan ərazisi kimi tanıyır.
  • Yazılıb
  • da (də) 2008 Aug 04