Tarix : 2022 Oct 18
Kod 62994

Sionist rejimin regiona sızması təhdidedicidir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı Azərbaycanı daima Əhli-Beyt(ə) sevər olmuş böyük din alimlərinin diyarı və qeyrətli şəxslərin həyat və vüqar məkanı adlandırıb.

Arannews : Qeyd edibdir ki, Azərbaycanın vilayətmehvərli qadın və kişiləri öz ölkələri üçün son nəfəslərinədək səy göstəriblər və bu, həmin bakirilər, təcəllayilər və yağçiyanlar diyarıdır.

General pasdar Hüseyn Səlami bu gün Sepah-ın Araz ümumi bölgəsində keçirilən iri qüdrət hərbi təlimlərində sionist rejimin bölgəyə sızmasını təhdidedici adlandırıb və belə deyib: Təəssüflər olsun ki, bu nəhs rejim İslami İrandan cənub və şimalda yerləşən bəzi ölkələrə və iqlimə sızıb/ və biz bu qəsbkar rejimi yaxşı tanıdığımız üçün region ölkələrinə sifariş edirik ki, bu rejimi öz ölkələrinə qoymasınlar, çünki bu nəhs rejimin xisləti hiyləgər hərəkətlər, təfriqə və əmin-amansızlığı artırmaqdır. Sionist rejimin region ölkələrini bulandırması və öz əmin-amansızlığını islami məmləkətlərə ötürməsinə yol verilməməlidir.

General pasdar Səlami bugünkü hərbi təlimlərin əsas mesajını qonşularla dostluq və qardaşlıq adlandırıb və belə əlavə edib: Bu prinsip, bizim xəttimizdir və qonşuların fitnəkarlıq və düşmənçilik etməyəcəkləri təqdirdə, biz öz dostluq və qardaşlığımıza sadiqik, əks halda, bizim kursumuz dəyişəcək. Müxtəlif ölkələrin bizimlə münasib iqtisadi və siyasi əlaqələrə, dinc yanaşı yaşama və anlaşmaya malik olacaqları zamanadək biz də dostluq və qardaşlığımızın üzərində dayanacağıq

  • Yazılıb
  • da (də) 2022 Oct 18
  • Göndərən جهان کمالی