İran Silahlı Qüvvələri baş komandanının müşaviri bu ölkənin istehsalı olan PUA-lara tələbatın artdığını söyləyib.
Arannews : general-mayor Yəhya Rəhim Səfəvi deyib: “Bu gün elə bir müstəviyə çatmışıq ki, dünyanın 22 ölkəsi PUA-larımızı almaq istəyir.”
İranlı general bu gün Tehranda elm və texnologiya ilə bağlı keçirilən simpozumda çıxışı zamanı İslam İnqilabından sonra ölkədə həyata keçirilən dəyişikliklərədən, xüsusilə də Silahlı Qüvvələrin imkanlarında baş verən elmi-texnoloji inkişaflardan söz açıb.
O, İranda Silahlı Qüvvələrin təcavüzün qarşısını alan gücə malik olduğunu deyib və onlardan biri olaraq PUA sənayesinə toxunub.
Onun sözlərinə görə, İran PUA-larının satın alınması üçün 22 ölkədən təklif gəlib.