Tarix : 2022 Oct 19
Kod 62997

Paşinyan: Azərbaycan yeni hərbi təcavüz üçün bəhanə axtarır

Ermənistanın baş naziri iddia edib ki, Azərbaycan davamlı olaraq atəşkəs rejiminin pozulmasını Ermənistanla əlaqələndirir və bu, Ermənistana qarşı yeni hərbi təcavüz üçün bəhanə yaradır.

Arannews : Nikol Paşinyan bu haqda öz Twitter səhifəsində qeyd edib ki, atəşkəs rejimini saxlamaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün daimi beynəlxalq mexanizm lazımdır.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Ermənistanın baş naziri Nikol Paşinyanın ittihamlarını rədd edərək regionda kommunikasiyaların açılması mövzusuna münasibət bildirib.

“Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil-dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır.  20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil”.

  • Yazılıb
  • da (də) 2022 Oct 19
  • Göndərən جهان کمالی