İranın neft naziri Türkiyəyə səfər əsnasında bu ölkənin enerji və iqtisadi rəsmilərilə görüşdə onlarla enerji ticarəti və qaz müqaviləsinin uzadılması barədə söhbət edib.
Arannews :Bir nümayəndə heyətilə Ankaraya səfər edən Cavad Oci Türkiyənin energetika və iqtisadiyyat nazirləri- Fateh Dönməz və Nurəddin Nabati, eləcə də Türkiyə mərkəzi bankının baş direktoru, həmçinin bu ölkənin energetika sahəsində fəaliyyət göstərən iri şirkətlərinin başçıları ilə görüşüb.
Ən mühüm müzakirə mehvərlərindən biri, İran qazının Türkiyəyə ixracı müqaviləsinin uzadılması olubdur ki, iki tərəf onun prinsipləri barədə razılığa gəlib. Qərara alınıb ki, müzakirələrin davam etdirilməsi üçün müqavilənin uzadılması məsələsi üzərində işləmək istiqamətində birgə işçi qrupu yaradılsın.
İran qazının Türkiyəyə ixracı üzrə hazırkı 25 illik müqavilənin müddəti, 2026-cı ildə başa çatır.
Bu səfərdə həmçinin İrandan Türkiyəyə qaz ixracatı miqdarının artırılması və bu marşrutdan qaz köçürülməsi tutumunun artırılması üçün yeni qaz ixracatı kəmərinin inşası məsələləri müzakirə edilib.
Bundan əlavə, İranın neft-kimya məhsullarının Türkiyəyə idxal edilməsi tarifinin azaldılması barədə də danışıqlar aparılıbdır.
Bu sıx və qısa səfərdəki müzakirələrin digər istiqamətləri, neft məmulatları ticarəti,/ qaz, neft və enerji sektorunda sərmayə yatırımı üzrə yeni müqavilələrin şərh edilməsi və təqdimatı, İranın enerji üzrə üstqurum və altqurum bölmələrinin layihələrində sərmayə qoyuluşuna Türkiyə şirkətləri və investorlarının dəvət olunmaları olubdur.