Tarix : 2022 Oct 24
Kod 63009

Ermənistan xarici işlər nazirinin Türkiyə hökumətinə müraciəti

Ermənistanın xarici işlər naziri Türkiyədən Zəngəzur deyilən dəhlizlə bağlı təklifini birbaşa danışıqlarda təqdim etməyi istəyib.

Arannews :Ermənistanın xarici işlər naziri “Ararat Mirzoyan” bununla bağlı bildirib: “Azərbaycan Respublikası nümayəndələri  Laçın dəhlizinin hüquqi statusuna oxşar dəhlizin yaradılmasını təklif etməyiblər və əgər Çavuşoğlu  danışıqlarda bu məsələni gündəmə gətirmək istəsə, o bunu öz adından irəli sürməlidir başqasının adından deyil”.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  deyib: “ Laçın və Zəngəzur dəhlizinin eyni hüquqi statusa malik olmasi ilə bağli Azərbaycan Respublikasının  mövqeyi ədalətlidir. 

  • Yazılıb
  • da (də) 2022 Oct 24
  • Göndərən جهان کمالی