Arannews : İran silahlı qüvvələri baş qərargah rəisi bildirib:Amerikanın və onun davamı olan Avropa Birliyinin qəzəbi, əlbəttə ki, başa düşüləndir. İslam İnqilabının qələbəsinin əvvəlindən İslam Respublikasının silahlı qüvvələri sanksiyalar siyahısına daxil edilmişdi, lakin silahlı qüvvələrimiz bu təhlükədən fürsət əldə etdi. Bir vaxtlar tikanlı məftilləri əsirgəyirdilərsə, bu gün İrandan raketlər və pilotsuz təyyarələri almaq üçün növbəyə dururlar.
Baqeri sözlərinə əlavə edib: Əslində, ağaları Amerikanın çıxılmaz yolu ilə getməklə özlərinə qarşı həqiqəti görməmək sanksiyasını tətbiq ediblər.
İran silahlı qüvvələri baş qərargah rəisi sonda deyib: Mənim Avropa İttifaqı ilə bağlı humanitar təklifim var. Bu gündən etibarən onlara hazırladıqları sanksiyaların həyata keçirilməsində etibarnamə verirəm, onlara general-mayor Məhəmməd Hüseyn Baqerinin dünya banklarındakı bütün əmlaklarını və aktivlərini müəyyən edib müsadirə etməyə və Avropa vətəndaşlarına kömür almaq üçün istifadə etməyə icazə verilir. Qarşıdan çətin bir qış gəlir!