Tarix : 2022 Oct 25
Kod 63014

Əmir Abdullahiyan: İran Ukrayna ilə dronların satışı ilə bağlı iddianı araşdırmağa hazırdır

İranın xarici işlər naziri rəsmi Tehranın Kiyevlə birgə görüşündə pilotsuz təyyarələrin satışı iddiasını araşdırmağa hazır olduğunu bildirib və deyib ki, İran Rusiyaya Ukrayna ilə müharibədə istifadə olunacaq heç bir silah və ya pilotsuz təyyarə verməyib və verməyəcək.

Arannews : İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan Ukraynadakı müharibədə İrana məxsus pilotsuz təyyarələrin satışı ilə bağlı şayiələrə toxunaraq deyib: Avropa Birliyinin xarici siyasət rəsmisi Cozep Borrellə telefon danışığımda İran və Ukrayna hərbi ekspertlərindən ibarət bir qrup pilotsuz təyyarələrin istifadə edilmə iddiasını araşdırmaq üçün ölkəmizin hazırlığını bildirdim.

Əmir Abdullahiyan  İranın Rusiya ilə müxtəlif  sahələrdə o cümlədən müdafiə sahəsində əməkdaşlığına toxunaraq deyib: İran keçmişdə Rusiyadan silah alıb və bu ölkəyə silah verib, lakin bu, Ukrayna müharibəsi zamanı baş verməyib.

  • Yazılıb
  • da (də) 2022 Oct 25
  • Göndərən جهان کمالی