saat 16 radələrindən sonra da bir neçə qrup Bakıda yürüş etməyə cəhdlər edib. Onlar qol-qola tutaraq "Ailə hakimiyyətinə son", "Siyası məhbuslara azadlıq" və başqa şüarlar səsləndiriblər.
Arannews :Yerli mediyanın məlumatına görə, Saat 16 radələrində fəallar bir neçə qrup şəkilində "istefa", "azadlıq" şüarı səsləndirərək Bakıda yürüş etmək istəyiblər. Amma onlar saxlanaraq müxtəlif polis avtomobillərinə mindiriliblər. "Bu cür ölkədə yaşaya bilmirik. Aclıqdır, işsizlikdir", - saxlananlardan biri də vurğulayıb. Etiraz edənlərin bəziləri Prezident İlham Əliyevi kəskin tənqid ediblər. Saxlananlardan bəziləri polisin fiziki zorakılıqları ilə üzləşdiklərini qeyd ediblər. Saxlananlar həm AXCP, həm ADR fəalları, həm də Milli Şuranın Koordinasiya Mərkəzində təmsil edilən şəxslər olub.