Tarix : 2022 Oct 27
Kod 63019

Əliyev-Paşinyan görüşünün yeri və tarixi açıqlandı

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.

Arannews : bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

“Bəli, məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, - o bildirib.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.

  • Yazılıb
  • da (də) 2022 Oct 27
  • Göndərən جهان کمالی