Iran Servisi/Aran Agentliyi
İranın BMT-dəki daimi nümayəndəsi deyib: İrana qarşı ehtimal olunan hücum barədə informasiyalar siyasi xarakter daşıyır.
Məhəmməd Xəzai "Mehr" İnformasiya Agentliyi ilə müsahibədə deyib: Amerikanın daxilindəki atmosfer bu cür naşı bir hərəkətə maildir və ümumilikdə bu cür bir hərəkət şantaj xarakterli bir hərəkətdir.
İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai sonra, 5+1 Qrupunun İrana möhlət təyin etməsi ilə bağlı informasiyaları rədd edərək deyib: Hazırda İranın nüvə müzakirələri davam etməkdədir.
O, Qərb dövlətlərinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi qətnamələrin İran tərəfindən həyata keçirilməsini təkid etmələrinə münasibət bildirərək, deyib: BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsi mütləq bir qanun deyil. Zira TŞ-dən onlarla və yüzlərlə qətnamə qəbul olunub ki, müxtəlif dövlətlər onları həyata keçirirlər.
Xəzainin sözlərinə görə, Sionist Rejim BMT Təhlükəsizlik Şurasının bu rejimə qarşı qəbul etdiyi qətnamələrin heç birini həyata keçirmir.